Aeroportdan şəhərə yeni avtobuslar fəaliyyətə başladı

Aeroportdan şəhərə yeni avtobuslar fəaliyyətə başladı
Sosial 1692

Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərin mərkəzi istiqamətində "Bakubus” MMC-yə məxsus avtobuslar ekspress xətt üzrə fəaliyyətə başlayıb.

"Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekspress avtobuslar səhər saat 6-dan gecə saat 12-dək Hava limanı – "28 May” metro stansiyası və əks istiqamətdə "Koroğlu” metro stansiyası yaxınlığındakı dayanacaqda 1 dəqiqə dayanma fasiləsi ilə 30 dəqiqə intervalla xidmət göstərir. 

"Bakubus”un ekspress avtobuslarından istifadə etmək üçün sərnişinlər hava limanının 1-ci və 2-ci terminallarının çıxışındakı dayanacaqlara yaxınlaşa bilərlər.

BAKU.WS

Oxşar xəbərlər

Yeni metro kartları bu gündən istifadəyə verilir

Yeni metro kartları bu gündən istifadəyə verilir

Bu gündən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanıl...

4188 Sosial 09:31 08 avqust 2015

Son xəbərlər