Türkiyə Bakıda tutulan nurçularla bağlı Azərbaycana müraciət edib
Rəsmi Ankara Bakıda tutulan 85 nurçu ilə bağlı Azərbaycan tərəfinə müraciət edib.
BAKU.WS məlumat verir ki, ötən gün Yasamal rayonunda Milli Təhlükəsizlik Nazirliyi ilə Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat nəticəsində 85 nurçu saxlanılıb.
Saxlanılanların arasında Türkiyənin mərhum din alimi Mustafa Sungurun oğlu da var.
Türkiyə höküməti Mustafa Sungurun oğlu və onunla bərabər saxlanılan şəxslərlə bağlı Azərbaycan tərəfinə müraciət edərək sərbəst buraxılmaqlarını xahiş ediblər.
AKP-nin millət vəkili Səid Uca Haber7-yə verdiyi açıqlamasında bildirib ki, Azərbaycanın təhlükəsizlik qüvvələri səhv ünvana basqın ediblər:
"Azərbaycanın paytaxtı Bakıda təəssüf ki, təhlükəsizlik qüvvələri Risale-i Nur oxunan evə basqın edib. Sözü gedən evdən azərbaycanlılarla birlikdə Türkiyədən qonaq gedən türk vətəndaşları da olub. Risale-i Nur əsərləri Türkiyə höküməti tərəfindən qadağan edilməyib. Prezidentimiz cənab Ərdoğan da Azərbaycan hökümətinə bu əsərlərin cinayət xarakteri daşımadığını və saxlanılan insanların təhlükəli şəxslər olmadığını bildirib. Aralarında mərhum Mustafa Sungurun oğlu Nurullah Sungur da var. Saxlanılanların Paralel Yapı ilə heç bir əlaqəsi yoxdur." deyə millət vəkili bildirib.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Bakıda nurçular həbs olunub
Bakıda 30-a yaxın nurçu həbs edilib. BAKU.WS azvision-a istinadən məlumat verir ki, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi Bakının Yasamal ray...