Bakıda nurçular həbs olunub
Bakıda 30-a yaxın nurçu həbs edilib.
BAKU.WS azvision-a istinadən məlumat verir ki, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonunda Nurçu dini təriqətinin üzvlərinə qarşı birgə əməliyyat keçirib.
Şərifzadə küçəsində nurçuların toplandığı iki mərtəbəli evə daxil olan MTN və polis əməkdaşlarının birgə əməliyyatı nəticəsində 30-a yaxın nurçu saxlanılıb. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar müsadirə edilib.
Xatırladaq ki, ötən il də Yasamal rayonunda nurçulara qarşı gecə saatlarında əməliyyat keçirilmişdi. Əməliyyat zamanı xeyli nurçu saxlaınılmışdı.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Bakıda fahişəxanaya çevrilən evlərə basqın: saxlanılanlar var
Bakının Nizami rayonunda iki mənzilində fahişəxana təşkil edilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə...