“Sevdiyim məkan” fahişəxana çıxdı
Polis Xaçmaz rayonunda istirahət məkanlardan birində fahişəxana təşkil olunması barədə məlumat alıb.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, daxil olan məlumata əsasən İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Xaçmaz rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Xudat şəhər sakini Elçin Cəfərinin Nabran kəndində yerləşən "Sevdiyim məkan” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Elçin Cəfərli saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda yarım milyon dollarlıq cinayət
Bakıda şirkətdən yarım milyon dollara yaxın pul oğurlayan şəxs tutulub. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,...