Azərbaycan polisi 12 minlik cinayətin üstünü açdı
Lənkəran rayon polis şöbəsinə külli miqdarda narkotika alverilə bağlı məlumat daxil olub.
BAKU.WS-in məlumatına görə, daxil olan məlumata əsasən Lənkəran rayon polis şöbəsinin əməkdaşları əməliyyat keçirib.
Keçirilən əməliyyat nəticəsində Salyan rayon sakini, 1967-ci il təvəllüdlü Tərlan İli oğlu Bayramov 14 kiloqram 300 qram narkotik vasitə olan marixuananı satarkən yaxalanıb. O, marixuananı 12 min manata satmaq istəyirmiş. Tərlan Bayramov istintaqa ifadəsində narkotik maddəni özü əkib-becərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Lənkəran polisi böyük əməliyyat keçirdi: saxlanılanlar var
Lənkəran rayon polis şöbəsinə külli miqdarda narkotika alverilə bağlı məlumat daxil olub. BAKU.WS-in məlumatına görə, daxil olan məlumata əsasən Lənkəran rayon...