Bakıda televizor əməliyyatı: 28 minlik cinayətin üstü açıldı
Bakıda ticarət mərkəzindən 28 min manat dəyərində televizor oğurlanıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,məlumat daxil olan kimi Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsi əməkdaşları əməliyyat keçirib. Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Boran Quliyevə məxsus anbardan 28 000 manat dəyərində 49 ədəd televizor oğurlayanların kimliyi məlum olub. Müəyyən olunub ki, oğurluq orada mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev tərəfindən törədilib. Polisin keçirdiyi əməliyyat nəticəsində həmin şəxslər tutulub. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda restoranda dava düşdü
Bakıda restoranlardan birində dava salan şəxs saxlanılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində q...