“Şahdağ”dan oğurluq edənlər ələ keçirildi

“Şahdağ”dan oğurluq edənlər ələ keçirildi
Hadisə 1496

 

Azərbaycanda kabel oğruları tutulub.

BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, "Azərişıq” ASC-yə məxsus elektrik kabelinin 300 metr hissəsini kəsərək oğurlanıb. 

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də "Azərişıq” ASC-yə məxsus elektrik kabelinin 300 metr hissəsini kəsərək oğurlamış Masallı rayon sakinləri Sakit Ağayev, Namiq Əzimov və Elman Qədiyev tutulublar.

Daha bir oğurluq faktı isə "Şahdağ” Qış-Yay turizm kompleksinin ərazisində qeydə alınıb. Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da "Şahdağ” Qış-Yay turizm kompleksinin ərazisindən 420 metr elektrik kabeli oğurlamış rayon sakinləri Əlverdi Hacıverdiyev və Ayaz Sərkərov tutulublar.

BAKU.WS

Oxşar xəbərlər

Bank kartlarından 56 min manatlıq oğurluq

Bank kartlarından 56 min manatlıq oğurluq

Azərbaycanda bir nəfər şəxs bank kartlarından 56 min manat pul mənimsəyib. BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, bir qrup vətənd...

1357 Hadisə 14:42 10 avqust 2015

Son xəbərlər