Lənkəran polisi böyük əməliyyat keçirdi: saxlanılanlar var

Lənkəran polisi böyük əməliyyat keçirdi: saxlanılanlar var
Hadisə 2542

  Lənkəran rayon polis şöbəsinə külli miqdarda narkotika alverilə bağlı məlumat daxil olub.

BAKU.WS-in məlumatına görə, daxil olan məlumata əsasən Lənkəran rayon polis şöbəsinin əməkdaşları əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində 36 yaşlı, əvvəllər məhkum olunmuş Ramin Gülhüseyn oğlu Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

Baxış zamanı onun üzərindən külli miqdarda narkotik maddə, o cümlədən 5,5 kiloqram tiryək, 8 kiloqram marixuana aşkarlanaraq müsadirə olunub.

Dindirilərkən o, narkotik maddələri İran İslam Respublikasından gətirdiklərini bildirib. Həmçinin o, bildirib ki, narkotik maddələri 500 manat müqabilində əmisi oğlu Vüsal Məhərrəm oğlu Tağıyevə verməlidir. Polis həmin prosesi gizlin şəkildə izləyib və R. Tağıyevin əmisi oğlu Vüsal Tağıyev də saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Göyçayda taksi sürücüsünü öldürüb yol kənarına atdılar

Göyçayda taksi sürücüsünü öldürüb yol kənarına atdılar

Taksi fəaliyyətilə məşğul olan Göyçay rayon sakinini öldürüblər. Göyçay rayon polis şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzalında...

2411 Hadisə 11:46 14 avqust 2015

Son xəbərlər