Azərbaycan sərhəddində "bağırsaq" əməliyyatı

Azərbaycan sərhəddində bağırsaq əməliyyatı
Hadisə 3138

İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Səxavət Əhmədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 41,050 qram olan narkotik vasitə - tiryək aşkar olunub. İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn digər Azərbaycan vətəndaşı Aqşin Şahbazlının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 21,275 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 4,028 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Hər iki faktla bağlı təhqiqat aparılır.

Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan-İran sərhəddində atışma

Azərbaycan-İran sərhəddində atışma

Azərbaycan-İran sərhəddində siahlı insident olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən BAKU.WS-ə verilən məlumata görə, bir qrup şəxsin Azərbaycan Res...

2554 Hadisə 13:23 07 avqust 2015

Son xəbərlər