İran Azərbaycandan eletrik enerjisi alacaq

İran Azərbaycandan eletrik enerjisi alacaq
İqtisadiyyat 1122

"İran və Azərbaycan Respublikasının ticarət həcmi 3 qatına yükəsələcək”.

BAKU.WS-in məlumatına görə, bunu İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Tehranda Azərbaycan Respublikası İqtisadiyyat və Sənayə naziri Şahin Mustafayevlə görüşündə deyib.

İranlı nazir həmçinin əlavə edib ki, Azərbaycan və İran 500 milyon dollarlıq ikitərəfli ticarət həcmini gələn il 3 dəfə (1 mlrd. 500 mln. dollar) artırmaq niyyətindədir. M.Vaizi İranın Azərbaycandan elektrik enerjisi satın alacağını da diqqətə çatdırıb. Görüşdə iki ölkənin ikitərəfli münasibətlərinin bütün imkanlardan faydalanaraq yüksəldilməsi lazım olduğu qeyd edilib.

İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri Vaizi iki ölkənin neft-kimya, neft, təbii qaz, yol, dəmir yolu, hava yolları, bank və elm sahələrində əməkdaşlığı inkişaf edə biləcəyini əlavə edib.

BAKU.WS

Oxşar xəbərlər

Nazir: "Azərbaycanın boru xəttini PKK partladıb"

Nazir: "Azərbaycanın boru xəttini PKK partladıb"

""Bakı-Tiflis-Ərzurum” qaz boru xəttini PKK terror təşkilatı partladıb”. BAKU.WS-in məlumatına görə, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətl...

1104 Hadisə 16:22 04 avqust 2015

Son xəbərlər