Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına və təşkilatın Radio Tənzimləmə Komitəsinə seçilməsi münasibətilə təbrik edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
"Beynəlxalq Telekommunikasiya İttifaqının iki rəhbər orqanına - BTİ Şurasına və təşkilatın Radio Tənzimləmə Komitəsinə seçkilər indicə Dohada başa çatdı. Bu orqanlara seçilmiş bütün ölkələri, xüsusən də regionumuzun dövlətlərini - Azərbaycan, Bolqarıstan, Polşa, Çexiya, Rumıniya və Qazaxıstanı - səmimi qəlbdən təbrik edirəm. Yeni üzvlərə qlobal telekommunikasiya sektorunun inkişafında səmərəli fəaliyyət və əhəmiyyətli nəticələr arzulayıram", - Sibiqa vurğulayıb.
O həmçinin BTİ-yə üzv dövlətlərə prinsipial mövqelərinə və Rusiyanın İttifaqın rəhbər orqanlarına seçilməsini dəstəkləməmək qərarına görə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, birlik və inkişaf məsələləri üzrə d...