Bakının mərkəzində kişinin pulunu və üzüyünü əlindən aldılar
21
avq
2015
19:00
Bakıda soyğunçuluq edən 2 nəfər tutulub.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 19-da Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Əli Quliyevi döyüb, habelə bıçaqla hədələyərək 52 manatını və üzüyünü alıblar. Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Asiman Yusifli və Salyan rayon sakini Əli Əliyev tutulublar. Faktla balı araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Polisdən civə əməliyyatı
Bakı sakini civə satarkən saxlanılıb. BAKU.WS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əmək...