Bakıda "poker" oynanılan məkan tapıldı
Bakının Xətai rayonu ərazisində qumarxana aşkar edilib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Süleyman Vəliyev Xətai rayonu ərazisində icarəyə götürdüyü kafedə həmyerliləri Zəmanət Hüseynli və Vasif Hacıyevlə birgə "poker” qumarxana təşkil etdikləri və saxladıqları üçün tutulublar. Ora baxış zamanı oyun kartları və "poker” qumar oyununa qoyulmuş xeyli miqdarda pul aşkar edilərək götürülüb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
DİN-dən böyük narkotik əməliyyatı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi uğurlu əməliyyat keçirib. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verdiyi məlumata görə, təkcə Nazirliyin Baş N...