DİN-dən böyük narkotik əməliyyatı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi uğurlu əməliyyat keçirib.
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verdiyi məlumata görə, təkcə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və onun Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində son iki gün ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib.
Həyata keçirilən tədbirlərlə Cəlilabad rayonunun Soltankənd kənd sakini Eyvaz Əmirovdan 9 kiloqramdan çox tiryək və 6 kiloqram həşiş qətranı, Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəbi Nurullayevdən 4 kiloqram 570 qram tiryək və 4 kiloqram 435 qram marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Polis Xaçmaz və Quba rayonunda əməliyyat keçirdi
Xaçmaz və Quba sakinlərində külli miqdarda narkotik aşkar edilib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Xaçma...