Polis Xaçmaz və Quba rayonunda əməliyyat keçirdi

Polis Xaçmaz və Quba rayonunda əməliyyat keçirdi
Hadisə 2127

Xaçmaz və Quba sakinlərində külli miqdarda narkotik aşkar edilib.

BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Xaçmaz rayon polis şöbəsi və Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ramin Məhəmmədova məxsus həyətyanı sahədən çəkisi 8 kiloqram 640 qram, Fərhad Məmmədova məxsus sahədən çəkisi 3 kiloqram 825 qram olan kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda şirkətdən yarım milyon oğurlayan qrupdan yeni xəbər

Bakıda şirkətdən yarım milyon oğurlayan qrupdan yeni xəbər

Bakıda şirkətdən yarım milyon oğurlayan qrupun digər üzvü saxlanılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,...

3457 Hadisə 14:58 27 avqust 2015

Son xəbərlər