Türkiyədən Azərbaycana Qarabağ dəstəyi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə baş naziri Əhməd Davudoğlu Azərbaycan-Ermənistan cəbhə xəttidə son günlər baş verən atışmalara münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, Ə.Davudoğlu Prezident İqamətgahında "Zəfər Bayramı" münasibətilə təşkil edilən ziyafətdə jurnalistlərin ünvanladığı sualları cavablayıb. Azərbaycan sərhədində son günlər müşahidə olunan gərginlikdən danışan baş nazir sözlərinə belə davam edib:
"Can Azərbaycana salam. Türkiyə burada olduğu müddətcə Azərbaycanın sərhədlərində heç bir problem olmaz. Həmişə bərabərik. 30 avqust "Zəfər Bayramı" Azərbaycanın da bayramıdır. Azərbaycanın bayramı da bizim bayramımızdır", - deyə Ə.Davudoğlu əlavə edib.
Qeyd edək ki, xüsusilə son günlər ermənilər cəbhədə fəallaşıb. Azərbaycan Ordusu davamlı olaraq atəşkəsi pozan düşmənə layiqli cavab verib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. BA...