Türkiyədə millət vəkilləri arasında dava düşdü (VİDEO)
Türkiyə Böyük Millətlər Məclisinin Konstitusiya Komissiyasının iclasında Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasının (HDP) millət vəkilləri arasında dava düşüb.
BAKU.WS-in məlumatına görə, ədalət naziri Bekir Bozdağın ötən həftə komissiyada baş verən davada məsləhətçilərin də iştirak etdiyini söyləməsinə HDP-li deputatlar reaksiya göstərib.
AKP-li deputatlar da bu vəziyyətə qarşılıq verdikdən sonra müzakirələr davaya çevrilib. AKP və HDP-li millət vəkilləri bir-birlərinə yumruq və təpik atıb. Masaların üzərinə çıxan millət vəkilləri əllərinə keçənləri bir-birinin başına tullayıb. Döyüş anı komissiyada olan digər şəxslər tərəfindən kameraya çəkilib.
TBMM Konstitusiya Komissiyasında baş verən döyüşdən sonra HDP və CHP-li üzvlər komissiya iclasının təxirə salınmasını istəyib. Səs vermədə komissiyanın işlərə davam etməsi qərarı alınıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda sürücülər arasında dava düşdü
Binəqədi rayonunda sürücülər arasında dava düşüb. BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb. Davaya s...