Spiker Milli Məclisin iclasında Zahid Oruca "söz atdı"
"Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var”.
BAKU.WS-in məlumatına görə, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında məmurların sayının azaldılması məsələsindən danışarkən deyib. Deputat qeyd edib ki, elə bil ki bu nazirliyi bir adama görə yaratmışıq:
"Mən əvvəl də demişəm, indi də deyirəm, ölkə başçısı da bu barədə konkret addımlar atır. Söhbət qurumların ixtisarlarından, birləşdirilməsindən gedir. Məsələn, Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən ARDNŞ var, ora birləşdirmək olar. Elə bil bu nazirlik bir adama görə yaradılıb. Nazir Natiq müəllim çox təcrübəli adamdır, neft strategiyasının həyata keçirilməsində rolu var. Amma ayrıca nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, "Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan "Azərişıq” adlı qurum var. Bu siyahını uzada da bilərik", - deyə Zahid Oruc bildirib. Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədov "sənin gələcək yerin görünür...”- replikası ilə cavab verib. Bəzi millət vəkilləri isə bu replikanı alqışla qarşılayıb. BAKU.WS
Oxşar xəbərlər
Millət vəkili pensiyaların artırılmasından danışdı
"Prezident İlham Əliyev Azərbaycanda aztəminatlı insanların sosial müdafiəsini gücləndirmək məqsədilə daim lazımi addımlar atır". BAKU.WS-in məlumatına görə, b...