Fransada baş verən iğtişaşlarda 780 nəfər saxlanılıb

Fransada baş verən iğtişaşlarda 780 nəfər saxlanılıb
Video
Dünya 104

Parisdə dünən PSJ-nin UEFA Çempionlar Liqasının (ÇL) finalında "Arsenal" üzərində qələbəsindən sonra başlayan və gu gün də davam edən iğtişaşlar zamanı 780 nəfər saxlanılıb, bir nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.

BAKU.WS "Le Monde" nəşrinə istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.

"Bir nəfər Paris dairəvi avtomobil yolunda motosiklet qəzasında həlak olub", - məlumatda dəqiqləşdirilib.

Nazirin sözlərinə görə, iğtişaşlar ölkənin təxminən 15 şəhərini əhatə edib, saxlanılanlardan 457 futbol azarkeşi və xuliqan həbs olunub. Toqquşmalar zamanı polislər də daxil olmaqla, 219 nəfər yaralanıb.

***09:31

Fransanın paytaxtı Paris və digər şəhərlərində UEFA Çempionlar Liqasının finalında PSJ-nin qələbəsini qeyd edən azarkeşlərlə polis arasında qarşıdurmalar baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunez bildirib.

Nazir bildirib ki, iğtişaşlar zamanı 7 polis əməkdaşı da müxtəlif dərəcəli xəsarətlər alıb.

"Hadisələr nəticəsində ölkə üzrə saxlanılanların sayı 416 nəfərə çatıb",-deyə Loran Nunez əlavə edib.

Qeyd edək ki, toqquşmalar xüsusilə PSJ-nin ev arenası olan "Park de Prens" stadionunun ətrafında qeydə alınıb. Azarkeşlər polis əməkdaşlarına daş, şüşə qablar və fişənglər atıblar. Hüquq-mühafizə orqanları isə vəziyyətə nəzarət etmək üçün gözyaşardıcı qazdan istifadə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər