Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Oxşar xəbərlər
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsində 1467 namizəd uğur qazanıb. Bu barədə BAKU.WS-ə Məktəbə...