Mərhum ginekoloqun həyat yoldaşı: “Dünyaya gətirdiyi hər uşağa öz övladı kimi baxırdı” – VİDEO
09
apr
2019
15:43
ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum ginekoloq Səbinə Mirzəyevanın həyatından danışılıb.Övladları və həyat yoldaşı onun haqqında xatirələrini bölüşüblər:Zaur Qasımov – Həyat yoldaşı: “Səbinə peşəsinin vurğunu idi. Dünyaya gətirdiyi hər uşağa öz övladı kimi baxırdı. Övladlarına qarşı çox məsuliyyətli idi, onlarla bağlı hər şeylə maraqlanırdı. Onlarla qürur duyurdu”.Tamerlan Qasımov – Oğlu: “Baxmayaraq ki, o bütün gün işdə olurdu, nə vaxt lazım olsa, o mənə kömək edirdi. Mənə, qardaşıma, başqalarına da vaxt ayırırdı. Anamla harasa gedəndə onu tanıyırdılar. Bu mənim çox xoşuma gəlirdi. Anamın sayəsində mən hər şeyə daha yaxşı adaptasiya oluram. O məni elmə həvəsləndirib. Anam mənim savadlı olmağımı istəyirdi, lakin mənə heç nəyi məcbur etmirdi. Məni diplomat kimi görmək istəyirdi. Baxmayaraq ki, mən atam kimi ekonomik sferaya yönəlirəm. Diplomatiya və iqtisadiyyat arasında çox düşünürəm. Hələ ki, kim olacağımı bilmirəm”.Süleyman Qasımov – Oğlu: “Anamla gəzməyə gedəndə belə o, telefonla pasientləri ilə danışırdı. Biz ona deyirdik ki, heç olmazsa, burada dincəl, axı biz istirahətə gəlmişik. Amma o yenə də işləyirdi. İşi çox olduğundan məktəbə çox gəlmirdi. Lakin dərs ili başlamazdan əvvəl o bütün mağazaları gəzib bizim üçün ən yaxşı məktəb ləvazimatlarını alırdı. O, bizim üçün çalışırdı”.BAKU.WS
Oxşar xəbərlər
Əməkdar artistin qızından ürək dağlayan SÖZLƏR – VİDEO
ARB TV-nin “Bu qədər” proqramının bu dəfəki buraxılışında Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrının mərhum aktrisası Xanım Qafarovanın həyatından...