Azərbaycanda quzu əti bahalaşdı
01
okt
2026
22:49
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var.
BAKU.WS "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır.
Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir.
Satıcılar bildirirlər ki, mövsümlə əlaqədar son dövrlərdə mağazalara Monqolustandan quzu əti gətirilməyib. Məhsulun satışı yalnız son bir həftə ərzində yenidən bərpa olunub.
Qarşıdakı həftələrdə isə qiymətin stabil qalacağı gözlənilir.
Oxşar xəbərlər
AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb
Bakının 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində işlər davam etdirilir. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil...