AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, ev 23 ünvanında yerləşən çörək emalı sexində plandankənar yoxlama həyata keçirilib.
Bu barədə BAKU.WS-ə agentlikdən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı məlum olub.
Həmçinin obyektdə anbar sahəsinin olmadığı, bu səbəbdən un kisələrinin emal sahəsində saxlanıldığı, çörəklərin bişirilməsi və soyudulması proseslərinin eyni sahədə həyata keçirildiyi məlum olub.
Eyni zamanda istehsal olunan çörəklərin qablaşdırılmadan və etiketlənmədən qutulara yığılaraq antisanitar şəraitdə daşındığı aşkar edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Daşkəndin plov qoxulu tüstüsü və Mərkəzi Asiyanın incisindən tüstüsüz gələcəyə doğru - FOTOREPORTAJ
"Üstümüzdən keçdi külək, Üstümüzdən keçdi külək, Şən zarafat, şirin kələk. Biz mehriban ailəyik, Biz mehriban ailəyik, Gəlin, dostlar, deyək-gülək". Daşkəndin d...