Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
02
okt
2026
09:45
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Rəqqasın həyat yoldaşı qeyd edib ki, dəfələrlə şiddət və zorakılığa məruz qalıb. Hətta proses məhkəməyə qədər gedib çıxıb. Son olaraq onun həyat yoldaşı Nicat Azadlıya 1500 manat cərimə tətbiq edilib. Qadın həmçinin uşağının da psixoloji şiddətə məruz qaldığını vurğulayıb.
Məsələ ilə əlaqədar əldə etdiyimiz məlumata görə, polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Kiyevdə dron hücumunda həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətirilib, Kürdəmirdə dəfn olunub
Sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasovun cənazəsi Azərbaycana...