Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır
Video
Sosial 64

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir.

BAKU.WS "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb.

Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərindən biri də qəsəbənin abadlaşdırılması işlərinə yerli sakinlərin cəlb olunmasıdır.

Qeyd edək ki, Bakı Abadlıq Xidməti 2020-ci ildən Əmircanda genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirir. Bunlardan ən mühümü Bülbülə gölü ətrafında salınan bulvar layihəsidir.

İlkin mərhələdə gölün ətrafında bir kilometr uzunluğunda bulvarın salınması nəzərdə tutulub. Layihənin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər