Coratda qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər
Sumqayıtın Corat qəsəbəsində baş verən dəhşətli qətl hadisəsinin detalları məlum olub.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, 31 yaşlı Şəhanə İmanova həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov tərəfindən qətlə yetirilib.
Hadisə şahidləri baş verən qətl hadisəsi barədə danışıblar:
"Gəldi uşağı təhvil verməyə. Ondan sonra girdi içəri. Uğura dedi ki, gəl səni öpüm. Sonra əyilib xalamın başından tutdu. Biz həmin vaxt mətbəxə keçdik. Sonra gördüm ki, nəsə qışqırıq səsləri gəlir. Xalamın boynunu, qolunu yarmışdı. Bizə dedi ki, gedin, yoxsa sizi də bıçaqlayacağam. Biz də qaçdıq ki, qonşulara deyək, 103-ə zəng vuraq".
Qətlə yetirilən qadının anası bildirib ki, övladı 3 il əvvəl ailə qurub.
"Üç gündən bir qızımı hədələyirdi", - mərhumun anası deyib.
Oxşar xəbərlər
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü
Lökbatan yolunda TIR sürücüsündən ağlasığmaz hərəkət qeydə alınıb. Bu barədə görüntülər BAKU.WS-ə daxil olub. Belə ki, gecə saatlarında qeydə alınan görüntülərd...