Azərbaycanda toyda kütləvi zəhərlənmə
30
sen
2026
23:41
Kürdəmirdə toy mərasimində kütləvi zəhərlənmə baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Məlumata görə, toy mərasimində iştirak edən 13 nəfər qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Zığ şosesindən 8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrin...