Xırdalanda avtomobil qadını vuraraq öldürüb
01
okt
2026
16:08
Bakı-Quba avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol qəzası qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə zamanı yolu keçmək istəyən 36 yaşlı Yasəmən Dadaşovanı "Ford" markalı avtomobil vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. BAKU.WS "Qafqazinfo"ya istinadən...