Mustafa Sandal xanımı ilə 11 milyardı götürərək ölkədən çıxıb?

Mustafa Sandal xanımı ilə 11 milyardı götürərək ölkədən çıxıb?
Video
Şou-biznes 968

Məşhur müğənni Mustafa Sandal 11 milyardı götürüb xaricə getməsi ilə bağlı iddialara reaksiya verib.

BAKU.WS xəbər verir ki, sənətçi haqqında yayılan xəbərlərin əsassız olduğunu vurğulayıb.

"Mənim fondlarla işim yoxdur, mənim işim musiqidir! Bunu hər kəs belə bilsin. Mən 32 ildir bu sektordayam və tək gəlirim sizlərin dəyərləndirdiyi musiqilərimdir. Melis Sütşurup sadəcə həyat yoldaşımdır. Bunun xaricində onunla maddi və ya biznes məqsədli heç bir ortaqlığım yoxdur. Alnım açıq, başım dikdir! - deyə Sandal qeyd edib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən maliyyə bazarlarındakı əməliyyatlarla əlaqədar aparılan genişmiqyaslı fond istintaqı ilə bağlı yeni və diqqətçəkən detallar ortaya çıxıb.

İstintaq çərçivəsində əmlakına həbs qoyulan adlar arasında yerləşən tanınmış müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın da olub.

Bildirilib ki, bu araşdırmalardan bir müddət əvvəl fondlardan milyardlarla lirə nəğd pul çıxararaq Dubaya gedib.

Eyni dövrdə sənətçinin özünün də Birləşmiş Ərəb Əmirliklərindən "Golden Visa" (qızıl vizа) əsasında yaşayış icazəsi istədiyi irəli sürülüb.

Araşdırma çərçivəsində müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandal və atası Cihan Sütşurupun əmlaklarına həbs qoyulub. Hər iki şəxs barəsində axtarış qərarı çıxarılıb

.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər