Öskürək zamanı bu iki qidadan uzaq durmaq tövsiyə olunur
01
okt
2026
16:28
Öskürəyin kəskin mərhələsində sitrus meyvələri və şirniyyatlardan uzaq durmaq tövsiyə olunur.
BAKU.WS xəbər verir ki, bunu pulmonoloq, allerqoloq-immunoloq Pavel Berejanski bildirib.
Onun sözlərinə görə, portağal və naringi tənəffüs yollarının selikli qişasında qıcıqlanmanı və iltihabı artıra bilər. Şəkərli məhsullar isə bakteriyaların çoxalması üçün əlverişli mühit yarada bilər.
Həkim xəstəlik zamanı toyuq bulyonu içməyi də tövsiyə edib. Bildirib ki, tərkibindəki sistein seliyi durulaşdıraraq bəlğəmin xaric olunmasını asanlaşdıra bilər.
Oxşar xəbərlər
Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub
Bu ilin sentyabr ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–7 dərəcə), 4 gün isə normadan aşağı (0–7 dərə...