AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasına növbəti "Airbus A320neo" təyyarəsini əlavə edib.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi ikinci "A321neo", 5-ci hava gəmisidir.
"Daha müasir salon, yüksək sürətli "Wi-Fi", bortdaxili əyləncə və daha səmərəli uçuş texnologiyaları ilə səyahət təcrübənizi bir addım da irəli aparırıq. Yeni təyyarəmiz əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 % daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir", - məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah Qəbələnin bəzi ərazilərində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Görüləcək təmir-quraşd...