Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı

Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
Hadisə 58

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən kosmetik vasitələr aşkar olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, "Qırmızı Körpü" gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan keçirilən nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər müşahidə olunub.

Gömrük əməkdaşları tərəfindən həyata keçirilən yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 4 752 ədəd kosmetik vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər