Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib.
BAKU.WS komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşüb.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda adıçəkilən rayonların sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Oxşar xəbərlər
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu Ermənistan işğalçı ordusunun tərk etməsindən 6 il ötür. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin...