Bakının iki rayonunda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
"Hazırda Xətai rayonunda iki istilik obyektinin müasir qazanxanaya çevrilməsi, Yasamal rayonunda isə köhnə qazanxananın yenilənməsi həyata keçirilir".
Bunu BAKU.WS-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
Qurum rəsmisi əlavə edib ki, bu layihələr 46 yaşayış binasının, eləcə də uşaq bağçalarının, səhiyyə və digər obyektlərin istilik təchizatını yaxşılaşdırmağa yönəlib:
"İşlərin yeni istilik mövsümünədək başa çatdırılması nəzərdə tutulur. Yenilənmənin məqsədi həmin ərazilərdə avadanlığın etibarlılığını artırmaq, nasazlıq riskini azaltmaq və istiliyin daha sabit verilməsinə şərait yaratmaqdır. Bu işlər əvvəlki illərdə başlanmış modernləşdirmənin davamıdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sabah Azərbaycanda güclü yağış yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeoro...