Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 176 mindən çox mənzil...
Payız aylarının başlaması ilə çoxmənzilli binalarda və sosial obyektlərdə istilik mövsümünə hazırlıq məsələsi yenidən aktuallaşır. Soyuq havalarda mənzillərin, məktəblərin, uşaq bağçalarının və səhiyyə müəssisələrinin fasiləsiz istiliklə təmin olunması üçün mövcud istilik şəbəkələrinin texniki vəziyyəti və hazırlıq səviyyəsi mühüm əhəmiyyət daşıyır.
BAKU.WS-in məlumatına görə, Bakıda və regionlarda çoxsaylı yaşayış binalarının mərkəzləşdirilmiş istilik sistemindən istifadə etməsi qarşıdakı mövsümə hazırlıq işlərini diqqət mərkəzində saxlayır.
İstilik xətlərində və qazanxanalarda aparılan təmir, köhnəlmiş avadanlıqların yenilənməsi və şəbəkənin dayanıqlığının artırılması sakinlərin qış aylarında üzləşə biləcəyi problemlərin qarşısının alınması baxımından əsas məsələlərdəndir.
Bu baxımdan "Azəristiliktəchizat"ın xidmət göstərdiyi binaların və obyektlərin sayı, eləcə də yeni istilik mövsümünə hazırlıq çərçivəsində görülən işlər maraq doğurur.
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı BAKU.WS-ə bildirib ki, son istilik mövsümündə Bakı və regionlarda 3 800 yaşayış binası, təxminən 176 min 500 mənzili istiliklə təmin edilib:
"Xidmət göstərdiyimiz obyektlər arasında məktəblər, uşaq bağçaları və səhiyyə müəssisələri də var.
Yeni mövsümə hazırlıqda əsas məqsədimiz bu geniş şəbəkənin etibarlı işləməsi və sakinlərin evlərinə istiliyin sabit çatdırılmasıdır. Bunun üçün həm mövcud sistemləri təmir edir, həm də köhnəlmiş avadanlıqları mərhələli şəkildə yeniləyirik".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəh...