Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş...

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş...
Açıqlama
Sosial 133

"Minimum əməkhaqqının məbləğinə növbəti dəfə baxılması zamanı istehlak bazarındakı qiymətlərin səviyyəsi və inflyasiya göstəriciləri nəzərə alınmalıdır".

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə hər il yenidən baxılması nəzərdə tutulur:

"Dəyişikliklər 2026-cı ilin fevralında təsdiqlənib və növbəti baxış 2027-ci ilin fevralınadək həyata keçirilməlidir. Minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı istehlak bazarındakı mövcud qiymət səviyyəsinin nəzərə alınması vacibdir. Bu yanaşma əməkhaqqı artımının real gəlirlərə təsirini gücləndirə bilər.

Minimum əməkhaqqı məbləği artırılan zaman sosial baxımdan vacib məqamlardan biri istehlak bazarındakı qiymətlərin səviyyəsinin nəzərə alınmasıdır. İnflyasiya nəzərə alınmaqla əməkhaqqı artımlarının reallaşması vacibdir. Gözlənti ondan ibarətdir ki, hökumət tərəfindən minimum əməkhaqqı ilə bağlı təklif hazırlanarkən istehlak bazarındakı mövcud qiymət səviyyəsi nəzərə alınacaq".

O əlavə edib ki, minimum əməkhaqqının artırılması 700 mindən çox vətəndaşa təsir göstərəcək.

"Minimum əməkhaqqı artırıldıqdan sonra Nazirlər Kabinetinin müvafiq vəzifə maaşlarının uyğunlaşdırılması ilə bağlı qərar qəbul etməsi gözlənilir. Bu isə yalnız minimum əməkhaqqı alan şəxslərlə məhdudlaşmayacaq.

Söhbət dövlət qurumlarında çalışan, lakin dövlət qulluqçusu olmayan vətəndaşların vəzifə maaşlarının da uyğunlaşdırılmasından gedir. Bu baxımdan minimum əməkhaqqının artırılması daha geniş əməkhaqqı qrupuna təsir göstərə bilər".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər