Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub
Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub.
BAKU.WS xəbər verir ki, Nəsibov Məhəmməd Hüseyn oğlu "tiktok" sosial şəbəkəsində özünə məxsus "7_muxammed_7" adlı səhifədə canlı yayımda digər bloggerlərlə söhbət nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.
Bu əməlinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Bir neçə dəqiqə əvvəl məhkəmənin qərarı ilə M. Nəsibov 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb
Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bi...