Sumqayıtda məktəbdə 14 şagird zəhərlənib
02
okt
2026
11:42
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.
Qeyd edilib ki, hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.
TƏBİB-dən bildirilib ki, saat 10:20 radələrində 11 kişi, 3 qadın zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: "Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".
Oxşar xəbərlər
Şəhid Muxtar Qasımlının anım günüdür
Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının anım günüdür. Onun şəhidlik zirvəsinə ucalmasından artıq 6 il ötür. Muxtar Əli oğlu Q...