Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər
Yüksəkixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcəklər.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlara dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi çərçivəsində xaricdən əldə etdikləri gəlirlər 2027-ci il yanvarın 1-dən 20 il müddətinə gəlir vergisindən azad olacaq.
Oxşar xəbərlər
Bu rayonda bir neçə küçənin yolları əsaslı TƏMİR EDİLƏCƏK
Hacıqabul şəhərində bir neçə küçənin əsaslı təmiri nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən bununla bağlı satına...