Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək
Argentina ölkə iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırmış əcnəbilərə vətəndaşlıq verilməsi proqramına başlayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, proqram çərçivəsində müraciətlərin qəbulu 2026-cı ilin dördüncü rübündə başlayacaq.
L.Kaputo qeyd edib ki, proqram Argentinanın daha geniş açıqlıq və beynəlxalq inteqrasiya kursunun, eləcə də investisiyaların cəlb edilməsinə yönəlmiş hökumət islahatlarının bir hissəsidir.
Proqram İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Çirkli Pulların Yuyulmasına Qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun tövsiyələrinə uyğun olaraq maliyyə şəffaflığı və risklərin idarə edilməsi standartlarını nəzərdə tutur.
"Biz Argentinanın əlaqələrinin gücləndirilməsi, vətəndaşlığımızın dəyərinin beynəlxalq səviyyədə təşviqi, ölkənin açıq və etibarlı bir dövlət kimi mövqeyinin möhkəmləndirilməsi üzərində işləməyə davam edirik", - nazir bildirib.
Oxşar xəbərlər
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BAKU.WS Oxu.Az-...