Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm
Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan, 1982-ci il təvəllüdlü Eynur Səfərov özəl klinikada əməliyyat olunub.
Xəstəxanadan onun səhhətinin normallaşdığı bildirilərək evə buraxıldığı qeyd edilib. Şəmkirə qayıdan 44 yaşlı kişi orada özünü pis hiss edib və yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Lakin o, qısa müddət sonra vəfat edib.
Məsələ ilə bağlı "Olimp Hospital"ın mövqeyini öyrənmək üçün klinikaya sorğu ünvanlansa da, cavab verilməyib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə sorğuya cavab olaraq bildirilib ki, 1982-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 29-da saat 22:40-da Şəmkir RMX-nin Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.
Bildirilib ki, ona dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.
Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və sentyabrın 30-da saat 07:45-də bioloji ölüm faktı qeydə alınıb.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub
Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub. BAKU.WS xəbər verir ki, Nəsibov Məhəmməd Hüseyn oğlu "tiktok" sosial şəbəkəsind...