İsmayıllıda antisanitar şəraitdə kəsilən 300 kiloqrama yaxın at əti aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
Bildirilib ki, tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Nazirlik "İnterturan" mebel mağazasının fəaliyyətini dayandırdı
Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyətini dayandırıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Yan...