"Hər kəsdən uzaq yaşamaq istəyirəm" - Şahinin xanımı Azərbaycandan birdəfəlik getdi

Hər kəsdən uzaq yaşamaq istəyirəm - Şahinin xanımı Azərbaycandan birdəfəlik getdi
Şou-biznes 2006
Mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə övladı ilə birlikdə Azərbaycandan köçüb.BAKU.WS-in məlumatına görə, bu haqda o, özü xəbər verib. Səbinə sosial şəbəkə hesabında bunları yazıb:“Göydən 3 alma düşdü: biri sənin, bir mənim, biri də nağıl danışanın. Əli balam, bizim də nağılımız burada bitir. Əlvida mənim gözəl Bakım, vətənim. Çox şeylərdən, ətrafdakıların düşüncələrindən yoruldum. Övladımla birlikdə hər kəsdən uzaq yaşamaq istəyirəm. Yeni həyata başlamaq lazımdır. Çox şükür, balam var və ona baxıb xoşbəxt oluram. Amma bir qadın kimi mənim də haqqımdır xoşbəxt olmaq. Qəlbimdəki acı hər zaman mənimlədir. Lazım olanda nə qohum, nə də dostlarım yanımda olmadılar”.Qeyd edək ki, Səbinə bir vaxtlar model kimi fəaliyyət göstərib. O, Şahin Zəkizadə ilə ailə qurduqdan sonra hicab bağlayıb və modellikdən uzaqlaşıb. Son vaxtlar isə Səbinə vizajist kimi çalışırdı.BAKU.WS

Oxşar xəbərlər

Şahin Zəkizadənin xanımı: "Uşağımı qəbul edən biri olsa, ərə gedərəm"

Şahin Zəkizadənin xanımı: "Uşağımı qəbul edən biri olsa, ərə gedərəm"

"Övladımı qəbul edən biri qarşıma çıxsa evlənməyi düşünərəm".BAKU.WS xəbər verir ki, bu sözləri big.az-a açıqlamasında xərçəng xəstəliyindən dünyasını dəyişən r...

9935 Şou-biznes 12:24 18 avqust 2017

Son xəbərlər