İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib
İran Yəmən husiləri ilə siyasi qarşılıqlı fəaliyyət imkanını nəzərdən keçirməyi təklif edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar İslamabadda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təklif gələn həftə Ər-Riyadda Məkkə sazişi komitəsinin təcili iclasında nəzərdən keçiriləcək. Müzakirədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan iştirak edəcək.
İ.Dar qeyd edib ki, İran tərəfindən hələlik yazılı təklif yoxdur.
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan avqustun 7-də Məkkə sazişini imzalayıb. Sənədə əsasən, ölkələrdən birinə edilən silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.
Oxşar xəbərlər
İstanbulda məktəbdə bıçaqlı hücum: Məzun olmuş qız 8 şagirdi yaraladı
İstanbulun Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip Orta Məktəbində bıçaqlı hücum baş verib. BAKU.WS xəbər verir ki, hadisə nəticəsində 8 qız şagird...