Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
BAKU.WS xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabında yazıb.
"Azərbaycan-Aİ tərəfdaşlığını, onun inkişaf edən əməkdaşlıq gündəliyini, həmçinin əsas regional və beynəlxalq prosesləri müzakirə etmək məqsədilə Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin xüsusi nümayəndəsi xanım Maqdalena Qrono ilə görüşdən məmnun oldum.
Enerji təhlükəsizliyi, nəqliyyat və regional sabitlik daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi apardıq", - H.Hacıyev qeyd edib.
Oxşar xəbərlər
Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına və təşkilatın Radio Tənzimləmə Komitəsinə seçil...