"Bir övladım mənə 75 minə başa gəldi" - Kərim illər sonra etiraf etdi

Bir övladım mənə 75 minə başa gəldi - Kərim illər sonra etiraf etdi
Şou-biznes 5308
Müğənni Kərim Abbasov övladı olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.BAKU.WS-in Axşam.az-a istinadən məlumatına görə, sənətçi "5/5" verilişində bildirib ki, oğlu kimi təqdim etdiyi Səid onun doğma övladı deyilmiş:"İnsan ailə qurur övlad üçün. Allah mənə gec övlad verdi. Mən də meylimi saldım qaynımın oğluna. Övladım yox idi, Səidə oğlum dedim. O da məni çox istəyirdi. Mən də ona balam kimi baxırdım. Uşaq yenə də ata-anasının yanında idi. Səid yenə də mənim birinci balamdır.İndi də 7 ildən sonra övladım dünyaya gəldi. Bəziləri ünvanıma sonsuz dedilər, xəstədi övladı olmayacaq söylədilər. Özlərini Allahla bir tərəzidə tutdular. Allah istəyəndə verir, istəməyəndə vermir.7 ildir nə zülm çəkdim. Bir övladım mənə 75 minə başa gəldi. 7 il sonra qismətim oldu. Efirə baxıb, haqqımda deyilən sözlərə göz yaşı tökürdüm. Sındırırdılar məni. Bu uşaq da haqqımda o sözləri deyənlərə göz dağı olsun”.Qeyd edək ki, Kərimin 2016-cı ildə oğlu dünyaya gəlib və sənətçi ona Yusif adını qoyub.Nihat HÜSEYNZADƏBAKU.WS

Son xəbərlər