Samiraldo: "Övladım olsaydı, məndən utanardı" (VİDEO)

Samiraldo: Övladım olsaydı, məndən utanardı (VİDEO)
Video
Şou-biznes 4294

"İnsana sevgini uşaqlıqdan verirlər. Mən o sevgini görmədim, valideynlərim belə məsləhət bildi. Bu da mənim taleyimdir. 40 yaşıma qədər çox əziyyətlər çəkdim. Bu gün mən 17-ci mərtəbədəyəm, aşağı baxanda başım gicəllənmir. Nə vaxtsa, yenə düşəcəyəm. Amma yeni ideya yaradıb, yüksəyə qalxacağam. Həyatım budur, həmişə qalxmışam da, düşmüşəm də”.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri stilist Samiraldo Nail Naiboğlunun "Stop” verilişinə açıqlamasında deyib. 

Stilist övlad sahibi olmaq istədiyini söyləyib. Samiraldo bildirib ki, övladının ondan utanmasından çəkinir: "Hamı, eləcə də mən, övlad sahibi olmaq istəyirəm. Ailəm, övladım olsun, evə gəlim uşağımı bağrıma basım. Amma cavanlığımda nəyinsə xətrinə düşünməmiş pis izlər qoymuşam. Bunu yaddan çıxarmaq qeyri-mümkündür. Uşaqlıqda reytinq naminə, gündəmdə olmaq üçün etdiyim səhvləri fikirləşmədim. İndi deyirəm, gərək etməzdim. Onda indi mənim övladım da, ailəm də olardı. Alnım açıq uşağımı bağçaya da, məktəbə də yola salardım. Heç kim ona deməzdi ki, Samiraldonun övladıdır. İstəmərəm ki, övladım mənim adımdan utansın. İndi mənim övladım olsaydı, adımdan utanardı. O vaxtlar bunu düşünmürdüm. İnsan ürəyi istəyən kimi geyinir, hərəkət edir. Deyirik, azadıq ürəyimiz istəyəni edirik. İndi başa düşürəm ki, yanlışdır. Biz tək özümüz yox, başqası üçün dünyaya gəlmişik”.

Samiraldo 16 yaşında sevdiyi qızdan danışıb: "Uşaqlıqda qız sevgilim olub. Onun arxasınca düşmüşəm, universitet qarşısında saatlarla gözləmişəm. Hətta atası məni hədələmişdi ki, səni bir də qızım ətrafında görməyim".

Həmin görüntüləri oxuculara təqdim edirik:

BAKU.WS

Oxşar xəbərlər

Samiraldo Mirmövsüm Ağanın ziyarətgahında (FOTO)

Samiraldo Mirmövsüm Ağanın ziyarətgahında (FOTO)

Stilist Samiraldo (Samir Əliyev) maraqlı paylaşım edib. BAKU.WS-in məlumatına görə, stilist öz Instagram səhifəsində ziyarətgahdan şəkil paylaşıb. Mirmövsüm...

6466 Şou-biznes 09:18 26 oktyabr 2016

Son xəbərlər