Samiraldo Kamilə sərt cavab verdi: "Sən kimsən ki..."

Samiraldo Kamilə sərt cavab verdi: Sən kimsən ki...
Şou-biznes 10606

Müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallı ilə stilist Samir Əliyev (Samiraldo) arasında dava düşüb.

Hadisə ilə bağlı musavat.com saytına açıqlama verən Kamil Zeynallı bildirib ki, etdiyi əməldən peşman deyil: 

"Sahibkarlar şirkətlərini reklam etsin, amma Samiraldo kimisindən istifadə etməsin. Normal, savadlı, təhsilli insanlar dura-dura, bəzi məkanların açılışını Samirə tapşırır, qırmızı lenti ona kəsdirirlər. Dünənki məclisə Samirin gələcəyini bilsəydim, gəlməzdim. O məkanın sahibi dostumuzdur, Samirin gələcəyindən xəbəri olmayıb. Samiri açılışı təşkil edən qız dəvət edib. Orada 15  hörmətli idmançı vardı, dedik, güldük, bir də baxdıq ki, Samiraldo gəldi. Samirin kim olduğunu hamı bilir, onun orada iştirakı düzgün deyildi.

Bizi görən kimi məkanı tərk etməli idi. Samiri görüb əsəbləşdim, özümü saxlaya bilmədim. Digər idmançı dostlar da Samirin orada olduğu üçün narahat oldular.   

Deyirlər ki, Samir xəstədir. Xəstədirsə, işi ilə məşğul olsun. Xəstə olsaydı, stilistlik edə bilməzdi. O cəmiyyətə zərər verir. Yaydığı  videolarda səsləndirdiyi ifadələr ana-bacılarımıza, gənclərə, uşaqlara ziyandır. Onu dəstəkləyənlər Samirin səviyyəsindədir. Qəlyanı başqa-başqa mənalara yozur, adi ifadələri əxlaqsız mənalara çəkir. Onun sözləri uşaqların ağzına düşüb. Axmaqlığı başqa yerdə etsin. Onun sözləri, hərəkətləri cəmiyyətə zərər verir, insanların əxlaqına mənfi təsir göstərir. Allah onu adi insan yaradıb. Özünü çevirib, nə vəziyyətlərə salıb". 

K. Zeynallı bildirib ki, Samiraldo hüquq-mühafizə orqanlarına müraciət etsə də, ona qarşı mövqeyi dəyişməyəcək: "Hara istəyirsə, müraciət etsin. Çıxıb, məhkəmədə ondan üzr istəmərəm. Lap mənə neçə il iş versinlər, həbsxanada yatım. Amma Samirdən üzr  istəmərəm". 

Samiraldo isə publika.az-a açıqlamasında baş verənlərdən şok yaşadığını və Kamillə məhkəmədə görüşəcəyini bildirib: "O kimdir ki, məni məclisdən çıxarır, əsəbimdən özümə gələ bilmirəm. Heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir eləsin. Kamilə buradan səslənirəm, sən buna görə cavab verəcəksən. Özü də qanun qarşısında".

BAKU.WS

Oxşar xəbərlər

Kamil Zeynallı Samiraldonu əvvəlcə söydü, sonra üstünə...

Kamil Zeynallı Samiraldonu əvvəlcə söydü, sonra üstünə...

İdmançı Kamil Zeynallı ilə stilist Samiraldo (Samir Əliyev) arasında insident yaşanıb. BAKU.WS big.az-a istinadən xəbər verir ki, ötən gün paytaxtda restoran a...

5849 Şou-biznes 13:07 03 oktyabr 2016

Son xəbərlər