Samiraldo: “Məni “sındıra” bilməzsən”

Samiraldo: “Məni “sındıra” bilməzsən”
Şou-biznes 5668

"Onsuz da bu dünyada qonağam. 40 ildir yaşayıram. Bilirəm ki, 20-30 və ya 40 ildən sonra bu dünyadan köçəcəyəm. Ona görə də xasiyyətimi heç bir zaman dəyişmir. Mən həyatın hər sifətini görən insanam. Mənim kimi adam pi sola bilməz. Heç vaxt maskalanmağı da bacarmaz”.

Bu sözləri BAKU.WS-ə stilist Samiraldo (Samir Əliyev) deyib. Stilist hələ uşaq yaşlarından çox çətinliklər gördüyünü xatırlayıb.

"Əksinə, həyatla mübarizə aparmışam. Hər zaman həyata inad yaşamışam, ona sübut etmişəm ki, sən məni nə qədər incitsən də hər zaman üzüm gülür. Məni "sındıra” bilməzsən, deyirəm və həyatla mübarizə aparıram. Amma nədənsə həyat deyil, insanlar mənimlə mübarizə aparır... Mənim üçün çətin olan bax budur. Mən Allahın ən böyük mükafatını alamışam. Sənətim var, peşəmdən ömrümün sonuna kimi istifadə edəcəyəm. Fikirləşirəm ki, pis insanlarla oturub-dura bilmərəm.  Onları da başa düşürəm, pislik etmək üçün yaranıblar. Amma mən nə yaxşılıq edə bilərəm, nə də ki, pislik... Sadəcə, öz həyatımı yaşayıram. Çünki yaxşılıq etsəm, əvəzinə pislik görəcəyəm. Əksinə, pislik etsəm, əksinə, əməllərimin neqativi özümə gələcək” – deyə, Samiraldo bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Elza gəlini və qudaları haqqında nələr danışdı

Elza gəlini və qudaları haqqında nələr danışdı

"Gəlinimə həm ana, həm ata, həm qardaş, həm də rəfiqə kimi davranıram. Mən bütün günü deyinən, narazı qayınanalardan deyiləm". Bu sözləri axşam.az-a açıqlaması...

2916 Şou-biznes 11:46 07 avqust 2016

Son xəbərlər