Elza gəlini və qudaları haqqında nələr danışdı
"Gəlinimə həm ana, həm ata, həm qardaş, həm də rəfiqə kimi davranıram. Mən bütün günü deyinən, narazı qayınanalardan deyiləm".
Bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. Müğənni oğlu Ələkbərin həyat yoldaşı Xəyalədən danışıb.
O bildirib ki, gəilini və qudaları ilə heç vaxt dalaşmayıb:
"Qudalarım inanmırdılar ki, mən bu qədər sadə insanam. Mənimlə qohum olandan sonra təəccüblənmişdilər ki, uşaqlarını necə ciddi tərbiyyə etmisən. Onlar müğənni övladını belə təsəvvür etmirdilər. Qayınana bütün günü əmr verib, hökmlü olmalı deyil ki... Gəlinimlə çox yaxşı yola gedirik. Ona tezliklə ana olmağı arzulayıram. Qızım Gülşən bu yaxınlarda məni nənə edəcək. Qaldı oğlum...
Mən hətta qayınanama, qaynıma və onun yoldaşına da mehriban davranmışam. Hətta qaynım arvadı övladına mənim adımı qoyub.
Düzdür, bizi efirdə dava edən, qalmaqallar yaradan biri kimi tanıyırlar. Kənarda belə deyilik. Mən sənətdə də mübarizə aparanda ədalətli olmuşam".
BAKU.WS
Oxşar xəbərlər
Elzanın bu görünüşü hər kəsi şoka saldı (FOTO/VIDEO)
Qeyri-adi geyim tərzi, imici ilə yerli şou-biznesdə öz dəsti xətti olan əməkdar artist Elza Seyidcahan yenə hər kəsi təəccübləndirməyi bacarıb. BAKU.WS xəbər v...